“İran Ermənistanın ərazi bütövlüyünü müdafiə edir”.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu erməni politoloq Toros Aleksanyan deyib. Onun sözlərinə görə, İran və Qərb arasında gərgin münasibətlərə baxmayaraq, tərəflərin Ermənistan məsələsində mövqeləri üst-üstə düşür.
“Həm İran, həm də Qərb Ermənistanın ərazi bütövlüyünü müdafiə edir və Zəngəzur dəhlizi ideyasına qarşı çıxırlar”, – deyə erməni politoloq bildirib.
Aleksanyan qeyd edib ki, Rusiya Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir: “İran və Rusiya bir çox məsələlərdə əməkdaşlıq edirlər. Lakin Zəngəzur məsələsində mövqelər kəskin şəkildə toqquşur”.












