Ermənistan Ombudsmanı azərbaycanlı həmkarına əməkdaşlıq təklif edib.
NOCOMMENT.az xəbər verir ki, Ermənistanın hüquq müdafiəçisi Anahit Manasyan bunu hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, azərbaycanlı həmkarı Səbinə Əliyevaya rəsmi məktub ünvanlayıb.
Məktubda iki ölkənin müvafiq strukturları arasında kommunikasiyanın, humanitar problemlərin və insan hüquqları ilə bağlı məsələlərin birgə həllinin vacibliyini qeyd edib.
“Mən rəsmi məktubumda insan hüquqlarının müdafiəsi ilə məşğul olan strukturların siyasi olmadığını, ərazi məsələləri ilə məşğul olmadıqlarını, müstəqil olduqlarını və insan hüquqlarının müdafiəsinə yönəldiyini vurğuladım”, – deyə Manasyan bildirib.
Qeyd edək ki, Azərbaycan tərəfindən rəsmi cavab verilməyib.
NOCOMMENT












