Ermənistan Təbrizdə konsulluq açmağı QƏTİLƏŞDİRDİ

Ermənistan Təbrizdə konsulluq açmağı QƏTİLƏŞDİRDİ

Ermənistan 2023-cü ildə bir neçə ölkədə səfirlik və diplomatik nümayəndəliklər açmağı planlaşdırır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Ermənistan 2023-cü ildə Uruqvayda səfirlik, İranın Təbriz və Rusiyanın Vladiqafqaz şəhərlərində isə konsulluq açmağı planlaşdırır”, – deyə Ararat Mirzoyan parlamentin 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə daimi komissiyalarının iclasında söyləyib.

Onun sözlərinə görə, səfirliyin açılması ilə bağlı razılıq Uruqvay xarici işlər naziri Fransisko Bustijonun Ermənistana səfəri zamanı əldə olunub. Nazir hesab edir ki, bu, Latın Amerikası ölkələri ilə əməkdaşlığı dərinləşdirəcək.

Təbrizdə konsulluğun açılmasına gəlincə, bu, İranın Qafandakı konsulluğunun işinə erməni tərəfinin cavabıdır.

“Kiprdə və Belqradda (Serbiya) diplomatik nümayəndəliklər açılacaq. Biz həmçinin Rusiyada – Vladiqafqaz şəhərində konsulluq açmağı planlaşdırırıq”, – deyə Mirzoyan bildirib.

O qeyd edib ki, Vladiqafqazda konsulluğun açılması həm də Verxniy Lars keçid məntəqəsindəki problemlərlə bağlıdır.