Ermənistanın Baş naziri Nikol Paşinyan Soçiyə işgüzar səfərə gəlib.
NOCOMMENT xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, oktyabrın 31-də Paşinyan Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlar aparacaq.
Sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tutacaq.
Xatırladaq ki, səfər zamanı Paşinyanı Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan müşayiət edirlər.












