Ermənistanın İrana ixracı Azərbaycanla müqayisədə 7 dəfə çoxdur – Rəqəmlər

Ermənistanın İrana ixracı Azərbaycanla müqayisədə 7 dəfə çoxdur – Rəqəmlər

Ötən il Ermənistan İrana 94 milyon dollar dəyərində məhsul ixrac edib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu ölkədən İrana əsasən elektrik enerjisi, ət, odun materialları satılıb.

Son 4 ildə Ermənistanın İrana ixracı təxminən 2 dəfə artıb. Bu dövrdə adambaşına düşən ixrac 18 dollardan 31 dollara yüksəlib.

Müqayisə üçün qeyd edək ki, son 4 ildə Azərbaycandan İrana ixrac 38% artıb. 4 il əvvəl adambaşına düşən ixrac isə Ermənistanla müqayisədə 5,8 dəfə az olduğu halda, ötən il 7,2 dəfə az olub.

Ermənistan-İran
İllər İxrac (milyon dollar) Adambaşına düşən ixrac (dollar)
2018 55 18
2019 84,5 28,2
2020 84 28
2021 94 31

 

Azərbaycan-İran
İllər İxrac (milyon dollar) Adambaşına düşən ixrac (dollar)
2018 31,2 3,1
2019 41,1 4,1
2020 38,5 3,8
2021 43,3 4,3