Ermənistanın xarici işlər naziri Fransaya gedir

Ermənistanın xarici işlər naziri Fransaya gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya işgüzar səfərə gedəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, Parisdə Fransanın xarici işlər naziri Katrin Kolonna və başqa rəsmilərlə görüşəcək.

Bundan başqa, A.Mirzoyan 5-ci Paris Sülh Forumunda da iştirak edəcək.

Qeyd edək ki, forum noyabrın 11-12-də Fransa paytaxtında keçiriləcək.

2018-ci ildən etibarən Paris Sülh Forumu hər il dövlət başçılarını, beynəlxalq təşkilatların və beynəlxalq vətəndaş cəmiyyətinin nümayəndələrini, nazirləri, biznes liderlərini və tanınmış şəxsləri, fəalları bir araya gətirir.

Paris Sülh Forumunun mərkəzində beynəlxalq əməkdaşlığın qlobal problemlərin həlli və davamlı sülhün qurulması üçün vacib olduğu ideyası dayanır.

Bununla əlaqədar, Paris Sülh Forumu hər il bir tədbir çərçivəsində qlobal idarəetmə sahəsində bütün aktorları bir araya gətirmək və qarşılıqlı əlaqəni təmin etmək üçün çağırılır.