Fransa Ermənistana hansı silahları satacaq

Fransa Ermənistana hansı silahları satacaq

Fransanın Ermənistana hansı silahları sata biləcəyini anlaya bilmirəm, çünki biz onların hamısını Ukraynaya göndərmişik.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar-a geniş müsahibəsində fransız ekspert, Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib.

Buna baxmayaraq, o bildirib ki, Fransa və Ermənistan müdafiə nazirlərinin görüşünün əsas mahiyyəti budur:

“Türkiyənin Azərbaycana etdiyi kimi, biz də Ermənistan ordusunu müasirləşdirib peşəkarlaşdıracağıq”.