Gələn ilin büdcəsi bu tarixdə müzakirəyə çıxarılacaq

Gələn ilin büdcəsi bu tarixdə müzakirəyə çıxarılacaq

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub.

NOCOMMENT.az xəbər verir ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.