Hərbi ekspert: İran mütləq Ermənistana PUA verəcək

Hərbi ekspert: İran mütləq Ermənistana PUA verəcək

“İran mütləq şəkildə Ermənistana kamikadze dronlar verəcək”.

NOCOMMENT xəbər verir ki, bunu modern-ə hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, İran üzdə sülh istədiyini desə də, reallıq isə bunun tamamilə əksini göstərir: “İran Ermənistanı silahlandırmaqla vəziyyəti gərginləşdirməyə çalışır. Ermənistan sözsüz ki, İrandan PUA alacaq. Bu, yüz faizdir. Bəlkə də, bir-iki PUA artıq verilib. Ancaq unutmayaq ki, Ermənistan tək İrandan PUA almır. Hindistan, ABŞ və Fransa kimi ölkələr də Ermənistanı silahlandırır. Rusiyanın hərbi sənaye kompleksində vəziyyət gərgin olduğu üçün Rusiyanın adını bu sırada sadalamadım”.

Ekspert hesab edir ki, İran Ermənistana çoxlu saytda PUA verə bilməyəcək. Bunun əsas səbəbi Ukrayna müharibəsidir: “Bu gün İranın başı Rusiyaya qarışıb. Rusiya İrandan 2400 PUA istəyib. İran isə indiyə qədər Rusiyaya yalnız 500 PUA verib. Hələ qalan PUA-ları çatdırmaq lazımdır. Bu isə mümkün deyil. Həm də o qədər çox PUA istehsalını İran müdafiə sənayesi çatdıra bilməz. Bu da onu göstərir ki, Ermənistan İrandan elə də çox PUA ala bilməyəcək”.