Tanınmış fitnes məşqçisi Kamil Zeynallı Vətən müharibəsi qazisi Amin Musayev ilə səmimi görüntüləri ilə diqqət mərkəzinə düşüb.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Kamil Zeynallının avtomobildə yol gedərkən Amin Musayevlə etdiyi zarafat izləyicilərin marağına səbəb olub. Məşqçinin "Sumqayıtı görəcəyəm, həyəcanlıyam!" sözləri videoya rəng qatıb.
Dostların yol boyu etdiyi zarafatlar və səmimi söhbətlər sosial media istifadəçiləri tərəfindən müsbət qarşılanıb. Qısa zamanda geniş yayılan görüntülər çoxsaylı bəyənmə və şərhlər toplayıb.












