“Biz əvvəlcə dostluq anlaşmasını ratifikasiya etməliyik, sonra Rusiyanın LXR və DXR-i (Donbasdakı separatçı rejimlər) hansı sərhədlər çərçivəsində tanıdığını müzakirə etməliyik”.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Gəlin, bu gün hələ qanunvericilərimizə öz rollarını oynamasına icazə verək və qanuni proses (müqavilənin ratifikasiyası) baş versin. Bundan sonra Rusiyanın LXR və DXR-i hansı sərhədlər çərçivəsində tanıdığını müzakirə edərik”, – deyə XİN-in sözçüsü bildirib.
Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Ukraynanın işğal edilmiş Donbas bölgəsindəki separatçı rejimlərin “müstəqilliyini” tanıyan fərmanı imzalayıb. Hələlik separatçıların hansı “sərhədlər” daxilində tanındığı açıqlanmayıb.











