İran ABŞ-nin təklifinə CAVAB VERDİ

İran ABŞ-nin təklifinə CAVAB VERDİ

İran hakimiyyəti regiondakı münaqişənin dayandırılması ilə bağlı ABŞ-nin təklifinə öz cavabını pakistanlı vasitəçilər vasitəsilə göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı IRNA agentliyi öz mənbələrinə istinadən yayıb.

Mənbənin verdiyi məlumata görə, danışıqların hazırkı mərhələsi yalnız regionda müharibənin dayandırılması məsələsini əhatə edəcək.

Digər detallar barədə hələlik rəsmi açıqlama verilməyib./Sfera.az/