Kılıçdaroğlunun namizədliyi ilə bağlı AK Partidən ilk reaksiya

Kılıçdaroğlunun namizədliyi ilə bağlı AK Partidən ilk reaksiya

AK Partinin Qrup sədr müavini və Çanaqqala millət vəkili Bülent Turan Millət İttifaqının prezidentliyə namizədi kimi Kılıçdaroğlunu açıqlamasına münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, Bülent Turan bu barədə “Twitter”-də açıqlama verib.

“Cənab Kamal Kılıçdaroğlunun namizədliyini təbrik edirəm, ən yaxşı hakim millətdir. Ancaq tək partiya və çevriliş dövrləri xaricində iqtidar ola bilməyən CHP-nin namizədinin guya Milli İttifaqın təmsilçisi olmasının SP-də elan olunması SP üçün tarixi biabırçılıqdır. Nəticə nə olursa olsun, bu vəziyyət ömürlük onların üzünə vurulacaq!”

NOCOMMENT.AZ