KTMT Bakı və İrəvana çağırış etdi

KTMT Bakı və İrəvana çağırış etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Bakı və İrəvan arasındakı problemli məsələləri diplomatik yollarla həllinə çağırıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin saytında təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yekunlarına dair dərc olunmuş məlumatda bildirilib.

“Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi və diplomatik yollarla, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub”, – deyə məlumatda qeyd olunub.