Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi üçtərəfli razılaşmadan sonra baş verib – Rusiya XİN

Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi üçtərəfli razılaşmadan sonra baş verib – Rusiya XİN

2022-ci ildə Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi üçtərəfli razılaşmadan sonra baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
“Laçın dəhlizinin marşrutunda dəyişikliklər 9 noyabr 2020-ci il tarixli bəyanatda nəzərdə tutulduğu kimi, üçtərəfli formatda razılaşma nəticəsində baş verib. Bu konkret məsələ ilə bağlı mənə elə gəlir ki, danışmaq asandır. Hərəkətlərin uyğunsuzluğu, bir və ya iki tərəfin kiminsə üçlüyün rəyini nəzərə almadan hərəkətləri ədalətsizdir”, – Zaxarova bildirib.
Xatırladaq ki, Ermənistan ilə Qarabağdakı qondarma rejimi birləşdirən Laçın dəhlizi 2022-ci ilin dekabrından bağlıdır. Azərbaycan aprelin 23-də Laçın dəhlizinin girişində Həkəri çayı üzərindəki körpünü bağlayıb və nəzarət-buraxılış məntəqəsi quraşdırıb. 
NOCOMMENT