Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışdı

Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasının mümkünlüyünü bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, O, bu barədə Tiflisdə Ermənistan-Gürcüstan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclasında bildirib.

“Bildirmək istərdim ki, Azərbaycanla avtorabitənin bərpasına dair Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş görüşlərin yekununda razılıq əldə etmək mümkün olub”.