Ermənistanın Baş naziri Nikol Paşinyan işçi səfəri çərçivəsində İrana yola düşüb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, onun Tehranda prezident İbrahim Rəisi ilə görüşü gözlənilir.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İrəvana səfəri zamanı Baş nazirin başçılıq etdiyi Ermənistan nümayəndə heyətini Tehrana dəvət etmişdi.
Paşinyan sonuncu dəfə 2021-ci ilin avqustunda İrana işgüzar səfər edib.












