Paşinyan Putinə zəng edib

Paşinyan Putinə zəng edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

“Qarabağ ətrafındakı vəziyyət, o cümlədən Laçın dəhlizi ilə maneəsiz nəqliyyat əlaqələrinin təmin edilməsi məsələləri müzakirə edilib. 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün sazişlər kompleksinin ardıcıl icrasının prinsipial əhəmiyyəti vurğulanıb. ”, – məlumatda deyilir.

Putin Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Paşinyan və Putin müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə iyunun 24-də Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
NOCOMMENT