Paşinyandan SON DƏQİQƏ sülh müqaviləsi açıqlaması

Paşinyandan SON DƏQİQƏ sülh müqaviləsi açıqlaması

Ermənistanda keçirilən son parlament seçkilərinin nəticələri rəsmi İrəvanın regional siyasətdəki gələcək addımlarını müəyyənləşdirib. Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh müddəsinin daxili legitimlik qazandığını iddia edib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət başçısı bu barədə ölkənin qanunverici orqanında ötənilki dövlət büdcəsinin icrasına dair hesabat məruzəsi ilə çıxış edərkən danışıb.

Paşinyan ötən il regionda cərəyan edən əsas diplomatik proseslərə toxunaraq bildirib ki, 2025-ci ildə Azərbaycanla dövlətlərarası münasibətlərin qurulması və sülh müqaviləsi layihəsi üzərində aparılan intensiv danışıqlar müstəsna əhəmiyyət kəsb edib. O, bu çərçivədə 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və birbaşa təşəbbüsü ilə atılan addımların münaqişənin faktiki olaraq başa çatmasına zəmin yaratdığını vurğulayıb:

"Biz sülhü bərqərar etdik və bununla da Ermənistanla Azərbaycan arasındakı fundamental qarşıdurma mahiyyət etibarilə öz həllini tapdı".

Baş nazir çıxışında daxili siyasi vəziyyətə də diqqət çəkib. O, 2026-cı ildə keçirilən parlament seçkilərində xalqın səsvermə hüququndan istifadə edərək hakimiyyətin sülh kursunu dəstəklədiyini və bu müqaviləni qanuniləşdirdiyini önə çəkib:

"Seçkilərin nəticələri Ermənistan cəmiyyətinin sülh gündəliyinə verdiyi dəstəyin bariz göstəricisidir. Bu ölkənin xalqı rəsmi olaraq sülh tərəfdarı olduğunu nümayiş etdirdi".


Sara,
NOCOMMENT.az