ABŞ Rusiyaya qarşı mübarizədə lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu Pentaqon sözçüsünün müavini Sabrina Sinq deyib.
“Ukraynalılar rusları daha da geriyə itələməyə davam etmək üçün texnika, döyüş meydanında malik olduqları imkanlarla əllərindən gələni edirlər və biz onların suveren ərazilərini geri qaytarmaq səylərini dəstəkləyirik”, – Sinq bildirib.
Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti işğal altında olan Krıma HIMARS və “Storm Shadow” raketləri ilə zərbə endirmək planlarını açıqlayıb.
Onun sözlərinə görə , bu, guya ABŞ və Böyük Britaniyanın müharibəyə cəlb olunmasına, eləcə də Ukraynanın “qərar qəbuletmə mərkəzlərinə” zərbə endirmək vəzifəsinə gətirib çıxaracaq.
NOCOMMENT












