İlham Əliyev iki sərəncam imzaladı

İlham Əliyev iki sərəncam imzaladı

Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.

NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb.

 

***

Prezident İlham Əliyev “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, sərəncama əsasən, Şuşa şəhərində yerləşən, İqtisadiyyat Nazirliyinin balansında olan Kompleksin müqavilə əsasında idarəetməyə verilməsi barədə Nazirlər Kabinetinin təklifi qəbul edilib.

Azərbaycan hökuməti nazirliyin bununla bağlı müqaviləni iki ay müddətində bağlamasını təmin etməli, sonra onu təsdiq etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi isə sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.