Xəbər vediyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin Rusiya dövlətinin başçısı ilə təkbətək görüş başlayıb.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, ilk ölkə prezidentlərinin görüşündən 2 saat əvvəl Rusiya Xarici İşlər Nazirliyinin feysbuk sosial şəbəkəsindəki hesabından təxribatçı paylaşım edilib.
Paylaşılan məlumatda bildirilir ki, bu gün 1928-ci il fevralın 22-si (10) Rusiya İmperiyası ilə İran arasında 1826-1828-ci illər ikinci rus-fars müharibəsinə son qoyan Türkmənçay sülh müqaviləsi imzalanıb.
Paylaşımda İrəvan və Naxçıvan xanlıqlarını Şərqi Ermənistan olaraq təqdim ediblər.












