Putin Azərbaycanla bağlı sərəncam İMZALADI

Putin Azərbaycanla bağlı sərəncam İMZALADI

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana yeni səfir təyin edib.

NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamları hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

“Mixail Nikolayeviç Yevdokimov Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – sərəncamlardan birinin mətnində deyilir.

Digər sərəncamla Mixail Boçarnikov bu vəzifədən azad edilib.