Putin Rişi Sunakı niyə təbrik etməyib?

Putin Rişi Sunakı niyə təbrik etməyib?

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunakı vəzifəyə başlaması münasibətilə təbrik etməyib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr. Bilirsiniz ki, Böyük Britaniya indi dost olmayan ölkələr kateqoriyasındadır, ona görə də xeyr. Teleqram göndərilmədi”, – deyə müvafiq sualı cavablandıran Peskov vurğulayıb.

Xatırladaq ki, oktyabrın 25-də kral III Çarlz Rişi Sunakın ölkənin baş naziri postuna seçilməsini təsdiqləyib.