Putindən üçtərəfli görüşlə bağlı ilk AÇIQLAMA

Putindən üçtərəfli görüşlə bağlı ilk AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü faydalı hesab edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Putin görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildirib.

“Görüşün yekunları ilə bağlı birgə bəyanat qəbul olunub. Hər şeyi razılaşdıra bilmədik. Rusiya Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək”,- deyə Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.