Razılığın əldə ediləcəyinə inanırıq – ABŞ

Razılığın əldə ediləcəyinə inanırıq – ABŞ

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulmasına münasibət bildirib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib. Onun sözlərinə görə, ABŞ yaranan vəziyyətdən hələ də narahatdır.

“Biz fikir ayrılıqlarını aradan qaldırmaq üçün tərəflərlə birlikdə işləməyə davam edirik. Razılığın hələ də əldə oluna biləcəyinə inanırıq və səbirsizliklə gözləyirik. İrəli getmək üçün iki tərəfi bir araya gətirməliyik”, – deyə o bildirib. 

NOCOMMENT.az