Rusiya ABŞ-ın Azərbaycan və Ermənistan arasında vasitəçilik etməsindən narahatdır – XİN

Rusiya ABŞ-ın Azərbaycan və Ermənistan arasında vasitəçilik etməsindən narahatdır – XİN

Moskva ABŞ-ın Azərbaycan və Ermənistan arasında dialoqda vasitəçi kimi öz xidmətlərini tətbiq etməyə çalışması barədə KİV-də yayılan məlumatlardan narahatdır.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə TASS-a məlumat verib.

Bundan əvvəl “Komsomolskaya Pravda” qəzeti mənbələrə istinadən yazıb ki, tərəflər “üçüncü ölkədə” Amerikanın nəzarəti altında görüş keçirə bilər. 

“KİV-də ABŞ-ın ölkələr arasında dialoqunda vasitəçi kimi öz xidmətlərini, o cümlədən güc tətbiqi ilə hədələmək yolu ilə sırımağa çalışması barədə məlumatlardan narahatıq”, – Rusiya Xarici İşlər Nazirliyi bildirib.

NOCOMMENT.az