Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilə bilər.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Vladimir Putinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün təşkilinə hazırlıq gedir.
Danışıqların oktyabrın sonunda keçiriləcəyi qeyd olunub.
“Çox güman ki, danışıqlar Soçidə keçiriləcək”, – deyə “Vedomosti” nəşri yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Soçidə Valday Diskussiya Klubunun plenar iclasında iştirak edəcək.












