ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşma çərçivəsində Tehranın heç vaxt nüvə silahına sahib olmayacağını qəbul etdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə özünün sosial media hesabında paylaşım edib. O bildirib ki, ABŞ-İran razılaşması çərçivəsində Tehran rəhbərliyi nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürüb.
ABŞ lideri eyni zamanda Vaşinqtonun İrana 300 milyon dollar ödədiyinə dair iddiaları da təkzib edib. Tramp həmin məlumatların Demokratlar tərəfindən yayılan saxta xəbər olduğunu vurğulayıb.
Fransada keçiriləcək G7 Sammitində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə gələn Tramp, Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra jurnalistlərə açıqlamasında da İranın nüvə silahına sahib olmamağı qəbul etdiyini bildirmişdi.
Trampın sözlərinə görə, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ABŞ administrasiyasının əsas məqsədlərindən biri olub.
“Əsas məsələ məhz bu idi. Çünki onların nüvə silahına sahib olması ciddi təhlükə yarada bilərdi. Barak Obama dövründə imzalanan nüvə sazişindən çıxmaq vacib qərar idi. Həmin saziş İranı nüvə silahına aparan yol kimi görünürdü və ABŞ üçün əlverişli deyildi”, – deyə Tramp qeyd edib.











