Türkiyə lideri: Şuşada Baş konsulluq açırıq

Türkiyə lideri: Şuşada Baş konsulluq açırıq

“Biz də Şuşada Baş konsulluq açırıq”.

NOCOMMENT Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O, regionda avtomobil yolları ilə yanaşı, dəmir yollarının da çəkilməsinin vacibliyini vurğulayıb: “Bunlar başa çatan kimi artıq Şuşaya yol açılacaq. Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq”.

R.T.Ərdoğan Şuşanın Azərbaycanın ən mühüm cazibə mərkəzi olduğunu bildirib: “İlham bəy bundan sonra tikiləcək hotellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki o nöqtədə atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura bir hərəkət gətirdi. Amma Şuşaya qoyulacaq mehmanxana investisiyaları onu həm də cazibə mərkəzinə çevirəcək. Biz də Şuşada Baş konsulluq açırıq”.