“Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan Soçi sammiti çərçivəsində üzbəüz görüşüblər”.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Bu, nümayəndə heyətlərinin danışıqları deyildi, sadəcə üç nazirin görüşü, üzbəüz söhbəti idi. Bu söhbət liderlərin apardığı danışıqlar kontekstində baş tutmuşdu”, – deyə Mariya Zaxarova bildirib.












