“20 Yanvar” stansiyasında doğulan körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edə biləcək

“20 Yanvar” stansiyasında doğulan körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edə biləcək

Bakı metrosunda yeni doğulmuş körpə metronun bir növ “xüsusi sərnişini” olacaq.

NOCOMMET.az xəbər verir ki, bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

“Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”, – deyə məlumatda bildirilib.