52 minlik tenderin qalibi müəyyənləşdi

52 minlik tenderin qalibi müəyyənləşdi

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nəqliyyat vasitələri və torpaqqazan mexanizmlər üçün ehtiyat hissələrinin alınması məqsədilə keçridiyi tenderin qalibi açıqlanıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi  “Avto Texnika Detailing” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tərəflər arasında məbləği 52 392 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Qalib şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilşisi TEYMUR MÜSLÜMOV ƏKRƏM oğludur.