Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin xuliqanlıq hərəkətləri ilə bağlı başlanan cinayət işi üzrə polis idarəsində istintaq davam edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axar.az məlumat yayıb.
Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq – iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.












