Ağcabədidə avtomobillər toqquşub, ölən var

Ağcabədidə avtomobillər toqquşub, ölən var

Ağcabədidə avtomobillər toqquşub, ölən var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, hadisə fevralın 23-də saat 22 radələrində şəhər ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini R.Əliyevin idarə etdiyi “Toyota” və Beyləqan rayon sakini B.Bəyalıyevin idarə etdiyi “VAZ” markalı avtomobillər toqquşub. Daha sonra “VAZ” markalı avtomobil səkidə dayanan şəhər sakini Rauf Quliyevə dəyib. Nəticədə R.Quliyev hadisə yerində ölüb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.