Ana və körpəsinin ölüm səbəbi MƏLUM OLDU

Ana və körpəsinin ölüm səbəbi MƏLUM OLDU

1985-ci il təvəllüdlü vətəndaş Abdullayeva Gülnar İlham qızı 2 oktyabr saat 04:04-də 40 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü, FMA (fəsadlaşmış mamalıq anamnezi) diaqnozu ilə xəstəxanaya daxil olub.

NOCOMMENT xəbər verir ki, bu barədə modern-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

TƏBİB rəsmisi bildirib ki, qadın 2 oktyabr saat 10:40-da cinsi qız, çəkisi 2900 qram, boyu 49 santımetr olan diri döl dünyaya gətirib.

“Ananın saat 15:15-də kəskin ağciyər, ürək-damar çatışmazlığı diaqnozi ilə, yenidoğulmuşun isə saat 11:55-də ağır asfiksiya, mekonial aspirasiya” diaqnozu ilə bioloji ölümü baş verib”, – deyə Z.Ədilova qeyd edib.