AZAL Bakıdan Tiflisə uçuşlara başlayır

AZAL Bakıdan Tiflisə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tiflis şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə – bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

Bildirilib ki, Bakı-Tbilisi-Bakı istiqamətində eyni zamanda “Buta Airways” aşağıbüdcəli aviaşirkəti hər gün iki dəfə uçuşlar həyata keçirir.