Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?

Bu gün yerli vaxtla saat 04:21-də Naxçıvan stansıyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-da 5.3 bala qədər hiss olunub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli NOCOMMENT-ə bildirib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.

Q.Yetirmişli qeyd edib ki, qeydə alınan zəlzələrin çoxu hiss olunmur: “Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur”.