Azərbaycanda əhalinin sayı AÇIQLANDI

Azərbaycanda əhalinin sayı AÇIQLANDI

Ölkə əhalisinin sayı ilin əvvəlindən 8 098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10 164 464 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) NOCOMMENT-ə verilən məlumatda bildirilib.

Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləri, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olmuşdur. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər təşkil edib.