Azərbaycanda tələbə yol qəzasında öldü – FOTOLAR

Azərbaycanda tələbə yol qəzasında öldü – FOTOLAR

Ağsafada minik maşını ağaca çırpılıb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Xətai kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü 2005-ci il təvəllüdlü Elvin Mamayev ölüb. Hadisə yerinə təcili yardım və FHN-nin xilasedici qrupu cəlb olunub. Sürücünün deformasiyaya uğramış meyiti avtomobildən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən sürücü 2005-ci il təvəllüdlü E.Mamayev Bakı Dövlət Universtetinin Qazax filialının 3-cü kürs tələbəsidir.\\“Unikal”

  • Azərbaycanda tələbə yol qəzasında öldü - FOTOLAR (YENİLƏNİB)
  • Azərbaycanda tələbə yol qəzasında öldü - FOTOLAR (YENİLƏNİB)