Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru və müavininin avtomat silahla şəkili yayılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun avtomat və tüfənglə şəkilləri yayılıb.
Məlumata görə fotonu Adəm İsmiyev öz “WhatsApp” hesabında paylaşıb, məsələ ictimailəşəndən sonra isə şəkli silib.
Daxili İşlər Nazirliyi (DİN) Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun avtomat və tüfənglə yayılan şəkilləri ilə bağlı açıqlama verib.
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma aparılır:












