Reyhan adlı azərbaycanlı müğənni Rusiyada avtomobil qəzasında dünyasını dəyişib.
NOCOMMENT xəbər verir ki, aparıcı və aktyor Sərxan Kərəmoğlu bu barədə sosial şəbəkə hesabında paylaşım edib və qəzanın dekabrın 19-dan 20-nə keçən gecə Rusiyanın vilayətlərinin birində baş verdiyini bildirib.
“Avtomobildə Reyhan xanım və üç musiqiçi olub. Onlar toydan qayıdarkən avtomobil qəzasına düşüblər. Musiqiçilər sağ qalsalar da, Reyhan xanım aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.













