Azərişıq Kəlbəcərdəki hərbi hissələrə işıq çəkir

Azərişıq Kəlbəcərdəki hərbi hissələrə işıq çəkir

“Azərişıq” ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb.

NOCOMMENT xəbər verir ki, report-un bununla bağlı əldə etdiyi videokadrlardan səhmdar cəmiyyətijnin Kəlbəcər rayonundakı “Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişi ilə məşğul olduğu görünür.

Qurum əməkdaşları bildirir ki, hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq 35KV-luq xətlərin muftalanması (montajı) prosesi həyata keçirilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin elektrik enerjisi ilə təchizatı “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.