Azyaşlının sırğasını soyğunçuluq yolu ilə ələ keçirdi

Azyaşlının sırğasını soyğunçuluq yolu ilə ələ keçirdi

Sumqayıtda qadın 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə ələ keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.