Bakı metrosu ilə bağlı YENİLİK: Qatarlarda vaqonların sayı artırılacaq

Bakı metrosu ilə bağlı YENİLİK: Qatarlarda vaqonların sayı artırılacaq

Bakı metropoliteni xəttə yeni yeddivaqonluq qatarlar buraxacaq.

Bu barədə NOCOMMENT-ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni 7 vaqonluq qatarlar metronun “bənövşəyi xətt”i üzrə hərəkət edəcəklər: “Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə “bənövşəyi xətt” üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq”.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.