Bakı-Qazax yolunda maşın YPX avtomobilinə çırpıldı – VİDEO

Bakı-Qazax yolunda maşın YPX avtomobilinə çırpıldı – VİDEO

Bu gün Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT-in oxu.az-a istinadən məlumatına görə, Bakı-Qazax yolunda hərəkətdə olan “Toyota Prado” minik avtomobili Dövlət Yol Patrul Xidmətinin 99-YP-847 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində yaralanan və ölən olmayıb.

Hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.