Bakı və Abşeronda qurban yarmarkası keçiriləcək

Bakı və Abşeronda qurban yarmarkası keçiriləcək

İyulun 9-10-da Bakıda və Abşeron yarımadasında Qurban bayramı ilə əlaqədar yarmarka keçiriləcək.

NOCOMMENT xəbər verir ki, yarmarkanı Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC təşkil edəcək.

11 müxtəlif ünvanda baş tutacaq yarmarka ilə əlaqədar artıq hazırlıq işlərinə başlanılıb.