Bakıda ağac təhlükəsi: Sakinlər heç bir nəticə əldə edə bilmirlər – VİDEO

Bakıda ağac təhlükəsi: Sakinlər heç bir nəticə əldə edə bilmirlər – VİDEO

Küləkli hava şəraitində ağacların aşması təhlükəli vəziyyət yaradır.

Lakin nə ağacı kəsməyə, nə də onu budamağa icazə verilmir.

NOCOMMENT.az xəbər verir ki, sözügedən hal Xətai Rayonu, Qaçaq Nəbi küçəsi, 2 ünvanında müşahidə edilir.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, uzun müddətdir məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.

“Məsələ ilə bağlı aidiyyəti qurum olan Dövlət Ekoloji Ekspertiza Mərkəzinə müraciət edilməlidir. Onlar məsələni araşdırıb, kəsilmə səbəbini ortaya çıxarmalı və buna uyğun olaraq rəy verməlidirlər”, – deyə videomaterialda bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.