Bakıda bu binanın sakinləri qaz olmadığından evlərində papaq və palto ilə gəzirlər – ŞİKAYƏT – VİDEO

Bakıda bu binanın sakinləri qaz olmadığından evlərində papaq və palto ilə gəzirlər – ŞİKAYƏT – VİDEO

Mavi yanacaq verilmədiyindən mənzillərində qalın geyimlə otururlar…

Qazlaşdırlması illərdir ləngiyən 48 mənzilli 12 mərtəbəli binanın sakinləri çıxılmaz vəziyyətdədir. Sakinlər qış aylarında mənzillərini isitmək üçün elektrik enerjisinə görə 150-200  manat ödəməli olurlar. Görüntülər Binəqədi rayonu Abay  Kunanbayev küçəsi, 85 ünvanındandır.

NOCOMMENT.az xəbər verir ki, qaynar xəttə müraciət edən bina sakinləri deyir ki, 12 mərtəbəli bina 1993-cü ildə  təhvil verilsə də natamam olub.

Sakinlər iddia edir ki, binanın mavi yanacaqla təmin olunması üçün müvafiq qurumlara müraciət etsələr də problem  bu günə kimi həllini tapmayıb.

“Azəriqaz”ın İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qeyd edib ki,  binanın mövcud təsərrüfatı qazlaşmaya imkan vermir. Bina tikilən zaman qazdann  istifadə üçün heç bir parametr nəzərə alınmayıb. Buna görə də müvafiq dövlət qurumları binanın mavi yanacaqla təminatına icazə  verməyiblər. Bütün bunları nəzər alaraq “Azəriqaz” İB binanın qazlaşdırlmasına şərait yarada bilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.