Hər kəsin həyatında problemlər, peşmançılıqlar, zərəli vərdişlər və qorxular olur və bütün bunları həll etməyə çalışırıq. Lakin, bu məsələləri, onları yaradan düşüncə səviyyəsində həll etmək qeyri-mümkündür. Bunun üçün daha üstün bir düşüncə səviyyəsinə qalxmaq zəruridir. Üstün düşüncə səviyyəsi intellektual və ya elmi bir səviyyə deyil, daha dərin özünüdərk səviyyəsidir.
Kollektiv şüur normalarının bizə sırıdığı inanclar, genetik yaddaş və şəxsi təcrübə sayəsində formalaşan şüuraltımız aldığı kodların təsdiqini həyatımızın müxtəlif mərhələlərində eyni tipli insan, hadisə və situasiyalar yaşatmaqla həyata keçirir. Bu zaman da biz təbii görünən əsəb, narazılıq, inciklik, ittiham, qorxu kimi dərin neqativ hisslərə tabe olaraq öz düşüncə və davranışlarımızı formalaşdırırıq. Bu zəncirvari və dairəvi prosesin əsl mahiyyətini dərk etmək, qarşısını almaq və ya daha faydalı bir istiqamətə yönəltmək əslində bizi əhatə edən insan və ya mühitdən deyil, məhz bizdən asılıdır.
Qarşımıza çıxan bütün insan, hadisə və situasiyaların əsl mahiyyəti əslində bizə aynalıq etməkdir. Məsələnin əsl mahiyyəti də bundadır ki, bu aynalıq mesajlarını düzgün oxumaq və düzgün şəkildə reaksiya vermək yeni və daha üstün bir düşüncə səviyyəsi tələb etməkdədir.
Bu baxımdan, Kvant Düşüncəsi insanın öz mahiyyətini, gücünü, enerjisini, bir sözlə özünü kəşf etməsi və idarəetməsi üzrə ecazkar bir dünyadır. Kvant Düşüncəsinə sahib olan insan artıq ətrafında baş verən hadisələrə indiyə qədər baxdığı kimi baxmır, hadisənin əsl mahiyyətinə varır və onu idarə edir. Öz düşüncələrinin fərqində olur, yönəldir. Bütün bunlar isə əlbətdə ki, həyat keyfiyyətinin artırılmasına birbaşa səbəb olur.
Kvant Düşüncəsi daimi öyrəniləcək qədər geniş və dərin məzmunda olsa da onun mahiyyətinə varmaq an məsələsidir. Kvant Düşüncəsinin mahiyyətinə varan insan artıq mənasız əsəbləşə, ittiham edə, qorxa və ya kin saxlaya bilmir. Çünki, insan və hadisələri əlinin içi kimi oxuyur. Ən başlıcası isə artıq ətrafının ona olan münasibətini idarə edir və həyatdan əsl zövq almağa başlayır.
Qeydiyyat üçün: https://bit.ly/teliminqeydiyyatı
Kvant Düşüncəsi həm bir nəzəriyyə, həm də praktiki bilik və vərdişlər sistemidir və müasir dünya insanının özünə və ətrafına obyektiv münasibət qurması üçün ən təsirli vasitələrdən biridir.
Kvant Düşüncəsi qəliz və ya anlaşılmaz elmi izahlarla deyil, sadə, aydın və praktiki dillə təlim edildikdə əslində çox sadə və rahat bir biliklər sistemi olaraq qarşımıza çıxır.
Kvant Düşüncəsinə sahib olmaq gələcəyimiz, biznesimiz, münasibətlərimiz, sağlamlığımız, sosial həyatımız, təhsilimiz və karyeramız üçün qızıl bir açardır.
Son vaxtlar ölkəmizdə də Kvant Düşüncəsinə maraq artmaqdadır. Bunun da əsl səbəbi odur ki, artıq bütün dünya bu düşüncə səviyyəsinə yiyələnmək yolundadır. Bütün dünya miqyasında Kvant Düşüncəsinə dair kitablar, məqalələr, təlimlər getdikcə geniş vüsət almaqdadır.
Bu baxımdan 3D Klubunun rəhbəri, Kvant Düşüncə kouçu və təlimçisi, Thetahealer, iqtisad elmləri namizədi Cəfər İbadovun “Fundamental Kvant Düşüncə Təlimi” bu sahədə ölkəmizdə Kvant maarifləndirilməsi üzrə əhəmiyyətli hadisələrdən biridir.
Təlimdə Kvant Düşüncə sisteminin nəzəri əsasları sadə, aydın dillə izah edilir, bütün həyatımız boyu özümüz, ailə üzvlərimiz və dostlarımız üçün də tətbiq edəcəyimiz, eyni zamanda Həyat kouçlarının, psixoloq və psixoterapevtlərin də öz seanslarında effektiv sürətdə tətbiq edəcəyi texnika və alətlər öyrədilir.
Təlimdə əsl meditasiyanın məzmunu və nümunələri, təbii nəfəs texnikası, problemlərin əsl səbəbinin müəyyən edilməsi və aradan qaldırılması, ətrafın münasibətinin əsl səbəbinin müəyyən edilməsi və istiqamətləndirilməsi, özünüdərk məsələləri geniş şəkildə, ikigünlük bir proseslə izah edilir və iştirakçıların praktiki məşğələsi ilə dəstəklənir.
Təlimdən sonra 21 gün müddətində xüsusi qrupda proses davam edir və gündəlik olaraq, təlimin daha da dərin mənimsənilməsi üçün bölüşmələr edilir. 21 gündən sonra bütün təlim iştirakçılarının iştirakı ilə çay süfrəsində maraqlı və artıq nəticələrin müzakirəsi ilə təlim prosesi başa çatır.
Təlim 3D Klubu – Biznes və Düşüncə Cəmiyyətinin xətti ilə keçirilir və təlimdə iştirak edən bütün iştirakçılar həm də Kluba üzvlüyə qəbul edilirlər ki, bu da Klubun gələcək təlim, Forum və digər tədbirlərində xüsusi imtiyazlar təqdim edir.
“Fundamental Kvant Düşüncə Təlimi” vaxtaşırı olaraq keçirilir. Növbəti belə təlim bu həfətsonu – 16-17 aprel tarixlərində Exelcior Oteldə keçiriləcəkdir.
Təlim 2 gün müddətində 11.00-18.00 saatlarında olacaq və təlimdən sonra içtirakçılar üçün artıq həyatın yeni bir səhifəsi başlayacaq.
Kvant Düşüncəsinin möcüzəvi və ecazkar dünyası öz qapılarını yaşından, təhsil səviyyəsindən asılı olmayaraq istəyən hər kəsi üzünə açır.













